Bunu İnterpress.az-a açıqlamasında \”Günəş TV\”- nin icraçı direktoru Rəşad İsayev deyib.
\”Biz ANS TV-nin tezliyində yayımlanmırıq. Həmişəki kimi öz tezliklərimiz altında efirimizi peyk vasitəsilə yayımlayırıq. Bundan başqa, şimal bölgəsində isə rəqəmsal yayımı da davam etdiririk. Saytlar yazıb ki, ANS TV-nin tezliyində yeni televiziya yayımlanır. Bildirmək istəyirəm ki, ökənin ilk uşaq kanalı olan “Günəş TV\” 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində rəqəmsal yayımını davam etdirib. Həmçinin 10 aprel 2015-ci ildən etibarən isə “Azerspace 1” peyki vasitəsilə yayımına başlayıb.
Xatırladaq ki, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən ANS TV-nin tezliyində \”Günəş TV\” yayımlanmağa başlaması ilə bağlı yerli saytlarda informasiya yayılıb.
Gülşanə Mustafayeva
İnterpress.az