\”Report\” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə avqustun 4-də rayonun Ləkit kəndi ərazisində baş verib. Qax rayon sakini Mahmud Mahmudov idarə etdiyi \”VAZ-2106\” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.
Nəticədə sürücü M.Mahmudov hadisə yerində ölüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az