Ərdoğan niyə Putindən üzr istədiyini açıqladıbackend

Ərdoğan niyə Putindən üzr istədiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “TRT” telekanalına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

\”Türkiyə və Rusiya arasında təyyarə ilə bağlı xoşagəlməz insident yaşanmışdı ki, bunun da neqativ fəsadları təxminən 8 ay davam edib. Sonra biz məktub yazdıq və bu prosesi dayandırmağı təklif etdik. Çünki Türkiyə və Rusiya əlaqələri bu region üçün olduqca böyük əhəmiyyətə malikdir. Buna görə də regionun iki müəyyənləşdirici ölkəsi arasında əlaqələrin kəsilməsi yolverilməzdir. Problemlər həll olunmalıdır. Bundan əlavə, biz baş verənlərlə bağlı təəssüfləndiyimizi bildirdik və qarşı tərəfdən müsbət cavab aldıq`- deyə Ərdoğan əlavə edib.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə qarşıdakı 9 avqust görüşünə toxunan Ərdoğan bildirib ki, Türkiyənin xarici siyasəti “birini qoyub, o birindən yapışma” prinsipinə əsaslanmamalıdır.

İnterpress.az