İnterpress.az Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycanı festivalda 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edib.
Festivalda Azərbaycanın xalq çalğı alətlərində milli musiqilər, \”Aysel-Buta\” rəqs qrupu tərəfindən \”Yallı\”, \”Nəlbəki\”, \”Naz elemə\” rəqsləri ifa olunub.
Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. İdarədən bildiriblər ki, festivalda ölkəmizin qədim mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək.
Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.
İnterpress.az