Ermənistanda 44 nəfər məsuliyyətə cəlb olunubbackend

Ermənistanda 44 nəfər məsuliyyətə cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə istintaq komitəsinin özü məlumat yayıb. Məlumata görə, hazırda 48 nəfərlik istintaq qrupu ilkin araşdırmalar aparır.

Bu cinayət işi ilə bağlı 44 nəfər məsuliyyətə cəlb olunub, 2 nəfər isə şübhəli qismində tanınıb. 42 nəfər həbs olunub, 3 nəfərsə xəstəxanadadır. Onlara qarşı, insanları girov götürmə, bina, nəqliyyat vasitələri və rabitəni zəbt eləmə, qanunsuz mənimsəmə, silah, sursat, partlayıcı maaddələr saxlama və gəzdirmə maaddələri ilə rəsmi ittiham irəli sürülüb.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər. Onlar prezident Serj Sarkisyanın istefası və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Bu qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb. Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub. Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi. Polislə toqquşmalarda 50-dən çox adam xəsarət alıb, 100-dən çox adam saxlanmışdı. ( Azadlig.org )

İnterpress.az