AzVision.az TASS-a istinadən xəbər verir ki, evdə tapılan 6 minə yaxın güllə, 15 qumbara, partlayıcı maddə trotil, kasul-detonatorlar, işarə raketləri, daraqları olan avtomatlar, tank əleyhinə qumbaraatan, radioəlaqə vasitələri, minaaxtaranlar müsadirə edilib və ekspertizaya göndərilib.
Tapılan silahların iyulun 17-də İrəvanda post-patrul alayı binasını ələ keçirən və ötən ayın 31-dək onu nəzarətdə saxlayan şəxslərə aidiyyatı ola biləcəyi istisna edilmir.
İnterpress.az