Sabirabadda ana ölümü qeydə alınıbbackend

Sabirabadda ana ölümü qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22.00 radələrində Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

Ucar rayonu Alpout kənd sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az