Fövqəladə Hallar Nazirliyin-dən İnterpress.az-a verilən məlumata görə, Yevlax rayonu, Salahlı kəndində “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:20-də başa çatıb.
İnterpress.az