Bu barədə onun vəkili Əfqan Məmmədov məlumat verib.
O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.
Xatırladq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. ( report.az )
İnterpress.az