İnterpress.az-ın “Huffington Post”-a istinadən verdiyi xəbərə görə, Amerikanın çox sevilən aktrisası tezliklə ailə həyatı qurur.
Özünə inamlı Loren bütün çətinliklərlə mübarizə aparıb, 18 yaşında Amerikanın məşhur “Xor” serialında sevilən obrazlardan birini yaradır. “Görünüş vacib deyil, əsas odur ki, səni olduğun kimi qəbul etsinlər. Zamanla çox təhqir olundum, bu mənə əzab verirdi. İndi hər şey dəyişib, yoluna düşüb. Sevimli iş yerim var, güvənli dostların ətrafındayam. Mənim kimi “daun”-çular ruhdan düşməsin, özünə inamlı olub irəli addımlasınlar, həyat gözəldir” – bu sözləri “Huffington Post” –a aktrisa açıqlamasında söyləyib.
Hal-hazırda Loren öz həmkarı Timoti Spearla toya hazırlaşır.
Amma bunula onun işi bitmir. Loren anasının yardımı ilə “Mükəmməl dostlar” adlı xeyriyyə fondu yaradaraq “Daun” sindromlu insanların müdafiəsi ilə məşğuldur.
İnterpress.az