İnterpress.az-ın \”Dünya və Gerçeklər\” -ə istinadən məlumatına görə, FETÖ terror dəstəsinin başçısı Fətullah Gülən İraqın NRT televiziya kanalına müsahibədə Türkiyənin cənub-şərqində şəhid olan təhlükəsizlik əməkdaşlarını təhqir edib. Gülən müsahibəsində \”Onlar bir yoxluğa, heçliyə getdilər\” – deyib.
Dövlətin bölgəni qan gölünə çevirdiyini iddia edən Fətullah PKK-lı terrorçular haqqında isə bir kəlmə belə danışmayıb. Əkisnə olaraq şəhidlər haqqında xoşagəlməz ifadələr səsləndirib: \”Mən orada televizora baxmağa cəsarət etmirəm. İstər orada məzlum, əlil vəziyyətinə düşən yerli insanlar, istərsə də bəri tərəfdə bir heçə, bir yoxluğa doğru sürüklənən və sonra \”şəhid oldu\” deyə təsəlli edilən insanlar. Bunların hər ikisi də iki cəbhə üçün ağrılıdır\”.
İnterpress.az