Bu barədə şənbə günü, avqustun 6-da, Al Sumaria telekanalı xəbər verib.
İŞİD-ə qarşı döyüşən partizan qruplaşmalarından birinin komandiri Cəbar əl-Maamuni bildirib ki, kütləvi qətliam Havicə şəhərində törədilib.
Kəşfiyyatın məlumatına əsasən, ölənlər arasında qadın və uşaqlarda da var.
Hazırda ekstremistlər yüzlərlə ailəni girov saxlayırlar. Əl-Maamuni qeyd edib ki, bu insanları da edam gözləyir. O, hökümət qüvvələrini və partizan qruplaşmalarını Havicə yaşayış məntəqəsini azad etmək üçün dərhal hərbi əməliyyatlara başlamağa çağırıb. (AzNews.az)
İnterpress.az