İnterpress.az Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova cari il iyulun 30-da saxlanılaraq Xətai RPİ-yə təhvil veriliblər.
İnterpress.az