İxtisas seçimi üçün son 4 gün – VİDEObackend

İxtisas seçimi üçün son 4 gün – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlısı budur ki, bu il müsabiqəyə buraxılmış, yəni keçid balını toplamış bütün abituriyentlərin tələbə olmaq şansları var. Çünki universitetlərin plan yerləri abituriyentlərin sayından çoxdur. Sadəcə olaraq abituriyent doğru seçim etməlidir. Ekspertlər həmçinin son gündə ixtisas seçimi ilə bağlı riskli qərar verməyi də tövsiyyə etmirlər.
İnterpress.az xezerxeber.com-a istinadən bildirir ki, keçid balını keçmiş bütün abituriyentlər tələbə ola bilərlər. Əgər düzgün ixtisas seçimi etsələr. Çünki, bu il qəbul üçün plan yerləri müsabiqədə iştirak edən abituriyentlərin sayından çoxdur. Belə ki, I qrupda 13 min 632 plan yeri varsa, abituriyentlərin sayı 11 min 406-dır. II qrupda 12 min 315 plan yeri, 10 min 621 namizəd, III qrupda 9782 yerə 9535 abituriyent, IV qrupda isə 3310 plan yerinə qarşı cəmi 2823 abituriyent mübarizə aparır.

Təhsil ekspertləri abituriyentləri bu şansdan istifadə etməyə çağırırlar. Abituriyent ixtisasından asılı olmadan ali məktəbə qəbul olmaq istəyirsə, düzgün təhlil aparmalı və 15 ixtisas kodunun hamısını dəyərləndirməlidir.

Seçim zamanı ixtisasın prioritetliyi də nəzərə alınmalıdır. Çünki abituriyentin gələcəyi və iş imkanları bu ixtisasa bağlı olacaq. İxtisas seçimi prosesində son günlərə girdiyimizi xatırladan ekspert Rəsul Ağayev bu günlərdə abituriyentləri daha diqqətli olmağa və son anda riskli qərarlar verməməyə çağırır. Ekspert eyni zamanda valideynləri də abituriyentə təzyiq etməməyə çağırır.

İnterpress.az