Küləyin sındırdığı ağac azyaşlının başına düşübbackend

Küləyin sındırdığı ağac azyaşlının başına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Eynallı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.

Ə. Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.(apa)

Interpress.az