Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Interpress.az-ın FHN-in saytına istinadın verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyə edib.
Interpress.az