Tərkib:
8 ədəd yumurta ağı
1, 2 st şəkər tozu
1,4 ç.q. duz
Şokoladlı krem üçün:
200 qr qaymaq
100 qr ağ şokolad
Pavlova üçün:
8 ədəd əncir
1 ədəd portağal (qabığı rəndələnir)
Bezenin hazırlanması:
Yumurta ağı mikserlə çırpılır.
Az-az şəkər və duz əlavə edilir, təkrar çırpılır.
Həcmi iki dəfə artır.
Soba 100 dərəcəyədək qızdırılır.
Beze yağlı kağız salınmış formaya yayılıb 40 dəq. qurudulur.
Sousun hazırlanması:
Qaymaq odun üstündə isidlir.
Üzərinə şokolad əlavə edilib əridilir.
Kütlə çırpılır.
Pavlovanın hazırlanması:
Əncir dörd yerə bölünür.
Beze soyudulur.
Bezenin üzərinə krem yayılıb əncir düzülür.
Üstündən portağal qabığı səpilir.
İnterpress.az