Tərkib:
1 ədəd yumurta
1 st. qatıq
1 st şəkər kirşanı
175 qr kərə yağı
3 st. un
1 ç.q. qabartma tozu
1 ç.q. vanil
İçlik üçün:
400 qr əncir cemi
1 st. fındıq
Üzəri üçün:
2 x.q. şəkər kirşanı
Hazırlanması:
Yumurta, şəkər kirşanı mikserlə çırpılır.
Sıra ilə üzərinə qatıq, kərə yağı, vanil, ələnmiş un və qabartma tozu əlavə edilir.
Ərzaqlar incə şəkildə yoğrulur.
Xəmirdən bir qədər götürülüb dondurucuya qoyulur.
Yerdə qalan xəmir yağlanmış formaya yayılır.
Üzərinə cem yayılıb, üyüdülümüş findıq səpilir.
Dondurucuda saxlanmış xəmir cemin üzərinə rəndədən keçirilir.
Piroq 180 dərəcəyədk qızdırılmış sobada 35-40 dəq. bişirilir.
Soyudulub üstünə şəkər kirşanı səpilir.
İnterpress.az