APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda azyaşlının əlinin ətçəkən maşında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının əlini məişət avadanlığından çıxarıblar.
İnterpress.az