​Bu gün Bakıda prezidentlərinin ilk sammiti keçiriləcəkbackend

​Bu gün Bakıda prezidentlərinin ilk sammiti keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, prezidentlərin bu formatda görüşü ilk dəfə keçiriləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasına görə, Rusiya prezidenti ilk olaraq İlham Əliyev, sonra isə Həsən Ruhani ilə görüşəcək.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu hələ ki, açıqlanmır, lakin başda energetika məsələsi olmaqla ticari-iqtisadi sahədə üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri gündəlikdə durur. O, həmçinin bildirib ki, dövlət başçıları bir sıra aktual regional və beynəlxalq problemləri, o cümlədən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də diqqət mərkəzində olacaq.
Uşakov qeyd edib ki, sammitdə bütün Avrasiya üçün mühüm olan və \”Şimal-Cənub\” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq Rəşt (İran) – Astara (Azərbaycan) dəmiryolu magistralının inşası layihəsinin müzakirəsi böyük əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-dən Azərbaycanda səfərdədir. (report)

İnterpress.az