Yataqxana sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı \”Energetika yataqxanası\”nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü – Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir. ( trend.az )
İnterpress.az