Pakistanda partlayış: 30 ölü , 20 yaralıbackend

Pakistanda partlayış: 30 ölü , 20 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, Pakistanın Kvetta şəhərində hospitalda partlayış baş verib. Partlayış nəticəsində 30 nəfər ölüb, 20-dən çox insan isə xəsarət alıb.
Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.
Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.
Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib. Hospital mühasirəyə alınıb.

İnterpress.az