Xədicə İsmayılın cəzası azaldıldıbackend

Xədicə İsmayılın cəzası azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, jurnaistin cəzası 3 il 6 aydan 2 il 3 aya endirilib.

Xatırladaq ki, X.İsmayıl şərti həbs cəzası müddəti dövründə ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi.

Məhkəmə jurnalistin şikayətini təmin etmədiyindən o, həmin qərardan apellyasiya şikayəti verib.

X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilərək Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bu ilin may ayının 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.

İnterpress.az