Lakin bu yaxınlarda Razi Nurullayevin AXCP-sində kütləvi istefalar oldu.
Məsələyə Müsavat Partiyası da reaksiya verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a bildirib ki, Razi Nurullayevin AXCP adına iddia etməsi yanlışdır.
“AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyadır. Müsavat Partiyası öz mövqeyini 2 il bundan əvvəl sərgiləyib. Ona görə də əlavə baş verən hadisələr bizi maraqlandırmır.
Müsavat Partiyasının tanıdığı, Əli Kərimlinin rəhbərlik etdiyi qanuni partiyadır. Razi Nurullayevin AXCP-si isə Əli Kərimlinin sədri olduğu AXCP-yə alternativ ola bilməz.”
İnterpress.az