Etibar Məmmədov Türkiyədəki hadisələr BARƏDƏ: “Yaşlar da yanacaq”backend

Etibar Məmmədov Türkiyədəki hadisələr BARƏDƏ: “Yaşlar da yanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etibar Məmmədov açıqlamasında deyib ki, Türkiyədə əsas məsələ ordunun nüfuzunu bərpa etməkdir.

“Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra hələ ki, böyük “təmizləmə” prosesi gedir. Bu proses zamanı quru ilə bərabər yaşlar da yanacaq. Yəni günahsız insanların da repressiyaya məruz qalması mümkündür və çox güman ki olacaq. Əlbəttə ki, hər şey siyasi təşkilatların gücündən və Türkiyə xalqının müqavimətindən asılıdır ki, bu repressiyalar növbəti bir avtoritar və yaxud totalitar rejimlə nəticələnməsin. Ən əsas məsələ isə Türkiyə dövlətinin qarşısında duran məsələ Silahlı Qüvvələrin – Türkiyə ordusunun nüfuzunun bərpa olunmasıdır”.

Etibar Məmmədov Türkiyə müxalifətinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ətrafında sıx birləşməsini də şərh edib:

“Hələ ki, Türkiyə müxalifəti ümumi təhlükəyə qarşı bir yerdədir. Ancaq ümumi təhlükə dəf ediləndən sonra kiminsə bu vəziyyətdən sui-istifadə edib hər şeyi ələ almaq cəhdi də ortalıqda olacaq. Bunun qarşısı alınmalıdır. Əsas vəzifə budur”.(modern)

İnterpress.az