Xəstəxananın reanimasiya şöbəsində baş vermiş partlayış nəticəsində 53 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.
Məlumata görə, partlayıcı qurğu bir neçə saat əvvəl öldürülmüş vəkil Bilal Ənvər Kasi ilə vidalaşma zamanı işə düşüb, partlayışdan sonra xəstəxanada silahlı atışma başlayıb.
“Hazırda xəstəxana sərhədçilər və polis qüvvələri tərəfindən əhatəyə alınıb. Kvetta şəhəri Əfqanıstanla sərhəddə yerləşir. Həlak olanlar arasında jurnalistlər, polis və hüquqşünaslar var. Hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib” – deyə qeyd olunub.
İnterpress.az