İnterpress.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin 8 avqust – Beynəlxalq Oftalmoloqlar Günü ilə bağlı yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Mərkəzin Masallı Regional şöbəsi və Gəncə Filialı göz xəstəliklərinə məruz qalan insanlara yüksək səviyyədə xidmət göstərir: “Ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxını adətən ilk dəfə müraciət edən şəxslər olurlar. Masallı Regional şöbəsinə ay ərzində orta hesabla 460 artıq xəstə, Gəncə Filialına isə 1000 artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 976 nəfərdir”.
Qeyd edək ki, 8 avqust 2004-cü ildən başlayaraq Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur.
İnterpress.az