İnterpress.az “RİA \”Novosti”yə istinadən xəbər verir ki, Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gələn təhsil naziri Tiaqo Brandao Rodriges küçələrin birində qarət edilib.
Belə ki, naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədələyib mobil telefonunu və pul kisəsini alıb.
Amma oğru çox uzağa gedə bilməyib, polislər onu tez bir zamanda saxlayıblar.
İnterpress.az