İnterpress.az-ın \”RİA Novosti\” agentliyinə istinadən verdiyi xəbərə görə, Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində 100-dək insan həlak olub.
Partlayıcı qurğu bundan əvvəl qətlə yetirilən tanınmış vəkil Bilal Ənvər Kasi ilə vidalaşma zamanı işə düşüb. İlkin ehtimala əsasən, partlayışı terrorçu-kamikadze törədib.
İnterpress.az