Meksikanın şərqində \”Erl\” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb.
İnterpress.az APA-ya istinadən xəbər verir ki, Puebla ştatının qubernatoru 32 nəfərin təbii fəlakət nəticəsində öldüyünü təsdiqləyib. Məlumata görə, ölənlərin sayı arta bilər, dağıntılar altında insanların qaldığı ehtimal edilir. Verakrus ştatında ölənlərin sayı 12-yə çatıb, 1 200 nəfər evini tərk etmək məcburiyyətində qalıb. Bildirilir ki, torpaq sürüşməsi ilə əlaqədar 18 yaşayış məntəqəsi ilə əlaqə tam kəsilib.
İnterpress.az