Avqustun 8-də axşam saatlarında Bülüdül kənd sakini 1992-ci il təvəllüdlü Ağaəli Lələyev aralarında yaranmış münaqişə zəminində qardaşının qayınanası 1966-cı il təvəllüdlü Nazqayıd Abıyevanı evlərinin yaxınlığında döş qəfəsindən bıçaqlayıb. N. Abıyeva aldığı xəsarət nəticəsində ölüb.
O, törətdiyi əməli etiraf edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
İnterpress.az