Rusiya-Türkiyə yaxınlaşmasının başqa ciddi səbəbi də var – ŞƏRHbackend

Rusiya-Türkiyə yaxınlaşmasının başqa ciddi səbəbi də var – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, bu gün Rusiya və Türkiyə zorluqla tərəfdaşa çevriliblər:

“Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub.
Buna görə də Türkiyə və Rusiya zorluqla tərəfdaşa çevrilirlər”.

Politoloqun sözlərinə görə, bu iki ölkənin aralarındakı yeganə düyün nöqtəsi Suriyadır.

“Ancaq məncə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə olduğu kimi, Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etməyəcək.
Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır.
Gözümüzün qarşısında Ərdoğanın ritorikası dəyişir. Həqiqətən siyasət mürəkkəb elmdir, daimi heç nə yoxdur, manevr etmək məcburiyyətindəsən, çayı keçənə qədər ayıya da dayı deməlisən”-deyə Elxan Şahinoğlu şərh edib.

İnterpress.az