Fransız qadınları niyə bu qədər zərifdir – Sirlərbackend

Fransız qadınları niyə bu qədər zərifdir – Sirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə etmək lazımdır?
Az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada
çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.
Nə etmək olmaz?
Çox yemək, spritli içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla
televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündürdabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.
Fransız xanımları hansı gözəllik rituallarına əməl edirlər?
Dəriyəqulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin
reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.
Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.
Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.
Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və əlbəttə ki, cavanlaşdırır.
Təzə yerkökünü kiçik gözlü sürtgəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xına rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.
Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.
Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.
Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər. (xöşbəxt qadın)

Fransız qadınları niyə bu qədər zərifdir - Sirlər

Fransız qadınları niyə bu qədər zərifdir - Sirlər

Fransız qadınları niyə bu qədər zərifdir - Sirlər

Fransız qadınları niyə bu qədər zərifdir - Sirlər

İnterpress.az