Ərdoğan-Putinin görüşü İngiltərəni narahat edir?backend

Ərdoğan-Putinin görüşü İngiltərəni narahat edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin mətbuat xidmətinin məlumatına görə, Ərdoğan-Putinin görüşündən sonra Britaniyanın baş naziri Teresa Mey Rusiya prezidenti ilə telefon danışığı aparıb. İnterpress.az xəbər verir ki, Britaniyanın baş naziri, Xüsusi Xidmət Orqanları, Aviasiya Təhlükəsizliyi sahəsində dialoq və işbirliyi təklif edib.

Rusiya prezidenti öz növbəsində Teresa Meyi bir daha tutduğu yüksək post səbəbiylə təbrik edib, Rusiya-Britaniya münasibətlərində aktual məsələlərin müzakirəsi ilə bağlı istər siyasi, istərsə də ticari-iqtisadi sahələrdə əməkdaşlığın mövcud vəziyyətindən narazılığını bildirib.

Söhbət əsnasında bu sahələrdə bir sıra ortaq iş birliyinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumatda o da bildirilir ki, Avqustun sonunda Britaniya baş nazirinin Rusiyaya səfəri gözlənilir və Vladimir Putinlə Teresa Mey arasında ikili görüş keçiriləcək.

Xatırladaq ki, Rusiyada bu telefon zəngi birmənalı qarşılanmayıb. Siyasi şərhçilər bu telofon zənginin məhz Ərdoğan və Putin görüşündən sonra olmasını təsadüfi hesab etmirlər. Çünki, Teresa Mey baş nazir postuna gələn kimi Rusiyanı və şəxsən Putini \”beynəlxalq qanunun aliliyi pozmağa çalışır\” sözləri ilə ittiham etmiş və Britaniya nüvə qüvvələrinin modernləşdirilməsi layihəsini dəstəkləmişdi. İndi bu həmin Teresa Meyin \”beynəlxalq qanunu pozan” Putinlə (Ərdoğanla Putinin görüşündən dərhal sonra) görüşmək arzusu yrandı.

İnterpress.az