İnterpress.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini İlkin Vəliyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda hüquqi şəxslərin dövlət qeydiyyatı elektron şəkildə həyata keçirilir: \”Dünya Bankının son reytinqində Azərbaycan vergi ödəmələrinə görə 189 ölkə arasında 34-cü yerdədir. İlkin biznesə başlamağa görə isə 7-ci yerdədir\”.
Ofşor zonalara nəzarət məsələsindən danışan nazir müavini bildirib ki, sazişimiz olan ölkələrlə avtomatik olaraq məlumat mübadiləsi həyata keçiririk: \” Bu da ümumi istiqaməti əhatə edir. Müqavilə bağladığımız ölkələr bizim ödəyicələrlə bağlı məlumat verməyə hazırdır\”.
Nazir müavini əlavə edib ki, \”tax free\” iyun ayından tətbiqinə başlanılıb: \”Artıq 104 minə yaxın ƏDV xarici ölkə vətəndaşlarına qaytarılıb. Sərhəd keçid məntəqələrində bu işin tətbiq edilməsi genişləndirilir\”.
ƏDV-nin azaldılması ilə bağlı İ. Vəliyev bildirib ki, bu istehlakçıdan alınan vergidir: \”Bu vergi hansısa sahibkarın üzərində qalmamalıdır. Bununla bağlı həyata keçirilən işlər uşaq qidalarının, dərman preapatlarının qiymətinin aşağı düşməsinə səbəb olacaq. ƏDV-nin qaldırılması nəzərdə tutulmayıb, yalnız azaldılması istiqamətində işlər aparılır\”.
Gülşanə Mustafayeva
İnterpress.az