Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlər 10% artıbbackend

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlər 10% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az -a verilən məlumata görə, həmin müraciətlərdən 132 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib. İşəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələri, eləcə də həmin müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi müvafiq bildiriş formasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə rəsmi qeydiyyatdan keçirilir. Bu isə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin əmək hüquqlarının təminatına, ümumən əmək bazarına birbaşa və obyektiv nəzarəti həyata keçirməyə imkan yaradır.

Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 11 142-si isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Həmin e-xidmətdən istifadə etməklə hər bir işçi onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malik olur. Hər iki e-xidmət əhalinin “Elektron hökumət” portalında ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında əhali əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 204 143 dəfə, istifadəyə verildiyi vaxtdan, yəni 2014-cü ilin iyul ayından cari ilin 01 avqust tarixinə qədər isə 5 mln. 713 min 247 dəfə faydalanıb.

İnterpress.az