Ərdoğanın Sankt-Peterburq səfərinin məqsədi açıqlandıbackend

Ərdoğanın Sankt-Peterburq səfərinin məqsədi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qərb mətbuatı da bu mövzuya diqqət yetirməkdə davam edir. ABŞ-ın nüfuzlu \”Wall Street Journal\” nəşri, Ərdoğanın Rusiya səfərinin onun üçün necə əhəmiyyətli olduğunu şərh edib. \”Wall Street Journal\” qeyd edir ki, “Ərdoğanı ilk növbədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi narahat edir. Bu turizm sektorunun böhranı və investorların etimadının itirilməsindən irəli gəlir. Türkiyə rəsmilərinin fikrincə, səfər və danışıqlar zamanı yalnız geosiyası məsələlər yox, ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı da müzakirələr aparılacaq. Ankara və Moskva arasında münasibətlərin normallaşması ABŞ və Avropa İttifaqı ilə münasibətlərin kəskinləşməsi fonunda Türkiyə üçün çox yerinə düşüb. Qərb ölkələri 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan şəxslərə qarşı addımlara sərt reaksiya verdi. Ərdoğanın Rusiya səfəri isə rəsmi Ankarının Qərbin bu münasibətindən narazı olduğunu nümayiş etdirir. Türk analitikləri hesab edirlər ki, “Türkiyə doğurdan da Qərbə qarşı gedə bilər. Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa və sonra onunla yaxınlaşmağa nail ola bilər””.
İnterpress.az