Suriyada 600-dən çox Rusiya muzdlunun ölüm məlumatı yayılıb.
\”Sky News\” telekanalının yaydığı xəbərə görə, Suriyada hərbi əməliyyatlar zamanı 600 dən çox rus hərbçiləri öldürülüb.
İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, \”Sky News\” da yayımlanan verilişlərin birində Suriyadakı döyüşlərdən qaçan iki Rus müzdlü döyüşçü sensasyon açıqlamalar verib. Verilişdə iştirak edən Dmitri və Aleksandr adlı (adlar şərti verilib) rus döyüşçüləri iddia ediblər ki, onları Suriyaya məxsus \”Wagner\” adlı hərbi şirkət müzdlü kimi tutub.
Döyüşdən qaçan hərbçilər ifadələrində bildiriblər ki, terrorçulara qarşı döyüşlərdə hərbçilərə ayda £ 3000 (təxminən 252 min rubl) məbləğində pul verilir. Muzdlular döyüşlərə hərbi təyyarələrdə yola salınır. Onların sənədləri belə əllərindən alınır. Döyüşçülərdən birinin sözlərinə görə o hələ də sənədini ala bilməyib. Könüllü hərbçilərə Krasnodar rayonunun Molkino kəndinin hərbi bazasında təlim keçirilir. Döyüşlərdə ölmüş hərbçilərin çəsədləri isə yandırılır.
İnterpress.az