İnterpress.az RBK-ya istinadən xəbər verir ki, hökumət nümayəndələri hələlik naməlum şəxsin sığınacaq almağa namizəd, yoxsa bu mərkəzin sakini olduğunu dəqiqləşdirə bilmir. Düşərgə 500 qaçqının qəbulu üçün nəzərdə tutulub, amma hadisə zamanı orada neçə nəfərin olduğu məlum deyil.
Polis hadisə ərazisində uçuşa qadağan zona rejimi elan edildiyini, mərkəzin sakinlərinin isə təhlükəsiz yerə köçürüldüyünü açıqlayıb.
Qeyd edək ki, Fyun Danimarkanın ərazisinin böyüklüyünə görə üçüncü adasıdır, onun sahəsi təqribən 3 min kvadratmetr təşkil edir.
İnterpress.az