Danimarka Xarici İşlər Nazirliyi buna səbəb kimi Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı ölkədə üç aylıq fövqəladə vəziyyət rejiminin tətbiqini göstərib.
\”Kraliçanın dövlət səfərinin Türkiyə hökuməti ilə məsləhətləşmələrdən sonra təxirə salınması barədə qərar qəbul olunub. Səfər bu il oktyabrın 17-19-na planlaşdırılırdı\”, – deyə Kral Sarayının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi avqustun 11-də Danimarkaya səfər edəcək. (report)
İnterpress.az