Bunun səbəbini İnterpress.az-a – daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Həsənov şərh edərkən bildirib ki, dolların bahalaşması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə kəskin azalma baş verdi:
\”Qiymətlər real bazara uyğunlaşması istiqamətində dinamika nümayiş etdirir. Eyni zamanda son dövrlərdə xüsusi ilə Yaxın Şərq ölkələrində Azərbaycanla bağlı maraq artıb. Bu həm turizm sektorunda həm də daşınmaz əmlakda hiss olunmaqdadır. Bu ölkələrlə Azərbaycan arasında vizanın sadələşdirilməsinin həyata keçirilməsi vətəndaşlarının Azərbaycana kütləvi şəkildə axın etməsi, ölkəmizin imkanları ilə tanış olmasına şərait yaradıb”.
Ekspert bildirir ki, bundan sonrakı dövrdə ərəblərin islam ölkəsi olaraq qərb mədəniyyətini özündə daşıyan Azərbaycandan mənzil sahib olmaq arzuları daha da artacaqdır:
“Belə olanda bazarın şərtlərinin yumuşalması onların daşınmaz əmlak bazarına daha çox yatırım etməsi ilə nəticələnəcək. Ərəblərin və ya digər xarici vətəndaşların daşınmaz əmlak bazarına daxil olması müəyyən qədərdə qiymətlərin sürətlə azalmasını tormuzlaya bilər:
R.Həsənov əlavə edir ki, bu təbəqədən olan insanları daha çox şəhərin mərkəzi hissələrində ev almağa üstünlük verdikləri üçün məhz paytaxtın mərkəzində qiymətlər artırıla bilər. Eyni zamandan və alış-satış əməliyyatlarının da sayı artacaq. Bu dəyişiklik pataxtdan kənar ərazilərdə müşahidə olunmur. Ərəblərin paytaxdan kənar ərazilərdə mənzil almasında canlanma yoxdur. ”
Gülşanə Mustafayeva
İnterpress.az