Tərkib:
75 qr kərə yağı
100 qr şəkər tozu
100 qr döyülmüş fındıq
200 qr un
10 qr vanil
200-300 qr moruq
Hazırlanması:
Soba 170 dərəcəyədək qızdırılır. Formaya yağlı kağız salınır.
Moruq blenderdən keçirilib soyuducuya qoyulur.
Yağ mikserlə çırpılır, üzərinə şəkər, un, vanil, fındıq əlavə edilib yumşaq xəmir yoğrulur.
Xəmirdən kiçik parçalar ayrılır, yumurlanıb formaya düzülür.
Xəmir yastılanır, ortasına cem qoyulub bişirilir.
İnterpess.az