İrəvanda atışmada yaralanmış polis zabiti ölübbackend

İrəvanda atışmada yaralanmış polis zabiti ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaqik Mkrtçyan atışma zamanı yuxarı ətrafı, döş qəfəsi və qarın nahiyəsindən güllə yaraları alıb, dörd dəfə əməliyyat olunub.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. İndiyə qədər atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Silahlı qrup iyulun 31-də müqaviməti dayandıraraq polisə təslim olub. (apa)

İnterpress.az