Həbs olunan Natiq Cəfərlidən son məlumatlar – Yaxınları danışırbackend

Həbs olunan Natiq Cəfərlidən son məlumatlar – Yaxınları danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Natiq Cəfərli ilə bağlı vəkil orderini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə ənənəvi olaraq təqdim etmək mümkün olmadığından Baş Prokurorluğa təqdim etdim, məhkəmə qərarından apellyasiya şikayətini birinci gün təqdim edəcəm. Eyni zamanda, onun mənzilində axtarışla bağlı da apellyasiya şikayəti veriləcək. Bu gün Natiqi qısada da olsa görə bildim, Nərimanov rayon Polis İdarəsində idi. Mənə ilk suallarından biri nə olsa yaxşıdı? Amerikada neft buruqların sayı son həftədə nə qədər artıb (ənənəvi olaraq həftənin cümə günü Baker Huges bununla bağlı hesabat verir)? Dedim 15 ədəd artıb, çox sevindi.

P.S. Natiqin bir söz var, deyirdi bu həbslər ölkədə olan və qarşıdan gələn problemləri həll etmir, bunu nə qədər tez anlasalar yaxşıdı. Natiqi həbs etməklə nə devalvasiya dayanacaq, nə neft qalxacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri avqustun 12-də həbs edilmiş REAL hərəkatının həmtəsisçisi, qurumun icra katibi Natiq Cəfərlinin vəkili Cavad Cavadov sosial şəbəkədəki statusunda yazıb.

Ailə üzvləri isə bu gün qısamüddətli də olsa onunla görüşə biliblər. Musavat.com-a açıqlamasında ailə üzvləri bildiriblər ki, görüş zamanı N.Cəfərlinin əhvalı yaxşı olub. Polisin rəftarından razılıq edib, hər hansı şikayəti olmayıb. Bu gün onu Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına köçürüblər. N.Cəfərlinin necə saxlanması barədə danışan ailə üzvləri deyiblər ki, hadisə avqustun 12-də evə qayıdarkən baş verib. Belə ki, maşını park edən REAL həmtəsisçisinə polislər yaxınlaşaraq aparıblar.

“Günahsızlığına əmin olduğu üçün vicdanı rahatdır”

Bunu da ailə üzvləri müsavat.com-a açıqlamasında bildirdilər.

REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli qurumun icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin həbsi ilə bağlı Azadlıq Radiosuna müsahibəsində bildirib ki, bu olay həm referendumla, həm də REAL-ın böyüməsi, bölgələrdə təşkilatlanması, üzvlərinin sayının artması ilə bağlıdır: “REAL referendumla bağlı təkliflərə qarşıdır və Natiq Cəfərlinin həbsi REAL-asiyasi təqibdir”.

E.Qədirli eyni zamanda bildirib ki, dünən gecə 2-nin yarısına qədər N.Cəfərlinin evində axtarış olub: “Yoldaşının şəxsi əşyalarını aparıblar. Natiqin kompüterini, evin sənədlərini, xanımına aid zinət əşyalarını aparıblar. Pul tapmayıblar”.
Xatırladaq ki, avqustun 12-də Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur.

İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış «Respublikaçı Alternativ» (REAL) Hərəkatının həmtəsisçisidir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu.

İnterpress.az