İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu proqnozla rusiyalı müxalifətçi Mixail Xodorkovski çıxış edib.
O 25 il əvvəl baş verən üsyanı xatırladaraq qeyd edib ki, məhz həmin hadisə SSRİ-nin çöküşünə bilavasitə səbəb olub.
“Mənim 28 yaşım vardı. Mənim həmyaşıdlarım başa düşürdük ki, belə yaşamaq olmaz, ancaq heç nə edə bilmirdik, qorxurduq, başqa cür yaşaya bilmirdik”, – müxalifətçi yazır.
Xodorkovski qeyd edir ki, SSRİ-nin süqutundan sonra 90-cı illərin əvvəllərində Rusiyada tənəzzül yaşanırdı və yalnız 98-ci ildə böhrandan çıxmağa başlayıb.
Onun fikrincə, Putin rejimi zamanı da Rusiya ciddi böhranla üz-üzə qalıb: “Böhran həmişə hakimiyyət dəyişikliyini qaçılmaz edir, çünki bu onun mahiyyətidir: “Budur, artıq ölkədə əmək haqqı Çindəkindən də azdır (orada hakimiyyət real olaraq hər il 10 ildən bir dəyişir), ölkə özünü təcridə yüklənib (özünü təcrid avtoritar rejimlərin yolunun sonudur), Kremlin başlıca arqumenti isə belədir: “Əgər biz deyiliksə, onda kimdir?”. Hər şey tezliklə qurtaracaq (mənim nəslimin sağlığında). Bizim arxamızca gələnlər isə indiki hakimiyyətdəkilərin sifətlərinə baxıb soruşacaqlar: “Bunlar kimlərdir?”(modern)
İnterpress.az