ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş rəhbəri general Maykl Heyden bəyan edib ki, prezident seçkilərində nə demokratların namizədi Hillari Klintona, nə də respublikaçıların namizədi Donald Trampa səs verməyəcək. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, namizədlərdən heç birini onu qane etmir.
“Dostlarımın çoxu deyir ki, onlardan birinə səs vermək lazımdır. Mən belə addım atacağıma ümid etmirəm”, – general vurğulayıb.
Son məlumata görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı 6 faiz üstələyir.
İnterpress.az