«Güman ki, o sərbəst buraxılacaq. Ancaq ona qarşı həbs-qəti imkan tədbiri də seçilə bilər. Hər şey mümkündür».
Bunu AzadlıqRadiosu-na Faiq Əmirlinin vəkili Aqil Layıcov deyib.
Faiq Əmirli hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır. O, Ağır Cinayətlərə Dair İstintaq İdarəsində Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə şübhəli şəxs qismində dindirilib.
Faiq Əmirli avqustun 20-də evinin qarşısında saxlanıb. Onun evində və maşınında axtarış aparılıb. Maşınının yük yerindən Fetullah Gülenə aid 3 kitab və CD-lər çıxıb. Faiq Əmirli kitabları maşınına axtarış aparanların qoyduğunu bildirib.(musavat)
İnterpress.az