Bunu İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
\”Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marsurt avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır. Vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir”, -deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az