Amma istehlakçının əvvələcdən binanın keyfiyyətini, davamlılığını və s kimi üstünlüklərini müəyyən edə bilməsə də, təxliyyə çıxışının və nərdivanların layihəyə daxil edilməsini öncədən tikinti şirkəti rəhbərində tələb edə bilər. Çünki, inşaat sxemində digər infastrukturlarla yanaşı təxliyyə pilləkanlərı da göstərilməlidir. Hər hansı bədbəxt hadisə baş verən zaman sakinlərin minimum zərərlə təhlükəsiz şəkildə təxliyyəsi mümkün ola bilər. Məsələn, elə Xətai rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasından danışaq. Burada təxliyyə piləkanları var. Sakinlər də İnterpress.az-a bildirmişdilər ki, yanğın zamanı daha çox təxliyyə nərdivanları köməklərinə gəlib.
Daha sonra güclü yanğınlardan biri də “Azadlıq” metro stansiyasının yaxınlığında baş verdi. Bu binada yaşayanlar isə Xətai rayonundakı bina sakinləri qədər şanslı olmadı. Bu şansızlıq qəzavü qədərlə yanaşı həm də binada təxliyyə çıxışının və nərdivanlarının olmaması idi. Yanğın hadisəsi xeyli can aldı. Bəlkə də təxliyyə üçün pilləkanlar olsaydı yanğın hadisəsi zamanı sakinlərdən bəziləri özünü binanın üst mərtəbəsindən aşağıya atmazdı. Bəlkə də bu nərdivanlar sakinlərin imdadına yetişərdi. Amma olan oldu…
Mövzu ilə bağlı “Xətai” metro stansiyasının yaxınlığndakı hündürmərtəbəli binalara baş çəkdik. Əvvəlcə binanın araxsında təxliyyə pilləkanalrını görmədiyimiz üçün binanın komendantını axtardıq.
Nəcəfqulu Rəfiyev küçəsində yerləşən və eyni adı daşıyan yaşayış binasının sədri İsmayıl Qarayev, “sizin binada təxliyyə üçün niyə pilləkanlar yoxdur?” sualına cavab olaraq Interpress.az-a bildirdi ki, bu binların güclü sorucu nasosu var:
Əgər yanğın varsa digər bloklara keçə bilməz. Həmin bu sorucu qurğu vasitəsi ilə sorub çölə çıxardır. Əlavə olaraq, giriş-çıxış piləkanlarından başqa daxildə piləkanlar var ki, bu da təxliyyə nərdivanalarını əvəz dir”.
Sədrin dediklərinin əyani şahidi olmaqçün binaya daxil olduq. Binanın elektriki bizə bələdçilik edir və həmin bu qurğuları göstərirdi.
“Hava soran nasosun şaxtası yanğın olan kimi avtomatik olaraq açılır. Sorucu nasossun biri tüstünü çölə çıxardır, biri isə liftin çinndəki havanı təmizləyir. Yanğın zamanı təsadüfən lifdə kimsə qalarsa zəhərli tüstünü təmiz hava ilə əvəzləyir. Yanğın olarsa gəlib bura baxırıq ki, (qurğunu göstərir) hadisə hansı mərtəbə baş verib”.
Üz tutduğumuz digər tikilməkdə olan yaşayış binasının komendantı isə bildirir ki, tikilən binada təxliyyə üçün heç bir pilləkan filan yoxdur. Nə üçün? Niyə? yoxdur bunu bilmirik”. Müşahidələrimizdən bəlli oldu ki, bəziləri təxliyyə piləkanalarının olmasını vacib sayır və tətbiqinə əməl edir. Bəziləri isə…
Belə tikinti şirkətlərindən mənzil almayın.
Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov mözvunu İnterpress.az-a şərh edərkən deyib ki, Bakıda tikilən binaların 99% -də təxliyyə üçün nəzərdə tutulmuş nərdivanlar yoxdur:
\”Azərbaycanda nə bu sözü gedən pilləkənlar, nə də bununla bağlı insanları maarifləndirən şəxslər var. Hər bir binada təhlükəli hallar olan zaman sakinləri maarifləndirən cavabdeh şəxs olmalıdır. Vətəndaşların özləri də bu mövzuda məlumatsızdırlar, maariflənməyblər. Ona görə də özləri bu məsləyə diqqət etməlidir. Müqavilə şərtlərinə baxılmalıdır. Mənzil aldığı şirkətdən təhlükəsizlik üçün çıxışların, dediyimiz təxliyyə piləkanlərının olub-olmamasına xüsusi diqqət etməlidir. Bəli, bizə gələn telefon zəngləri arasında bu problem də var. Hələ ki, bu məsələ həllini tapmamaqdadır”.
Dünyada fərqli praktika .
Əgər kütəvi şəkildə insanlar bir məclisə toplaşırlarsa öncədən onlara Fövqəladə hallar zamanı təxliyyə çıxışlarının olması haqqında məlumat verilir və pilləkanlar göstərilir. Bu praktika Kanada, İtaliya və digər ölkələrdə tətbiq olunur\”.
Gülşanə Mustafayeva
İnterpress.az