Azərbaycandan çıxarılan Fətullahçılar ölkəyə buraxılmır?backend

Azərbaycandan çıxarılan Fətullahçılar ölkəyə buraxılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fətüllah Gülənə yaxınlığı ilə bilinən, Azərbaycanda yaşayan və işləyən Türkiyyə vətəndaşları ölkələrinə göndərildi və iddialara görə, onların Azərbaycana qayıtmasına qadağa qoyuldu. Bu haqda İnterpress.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

Hər kəsə məlum olduğu kimi Azərbaycanda bir çox şirkətlər və təhsil ocaqları Fətullah Gülənin idarəçiliyində idi. Bu şirkətlər arasında Xəzər Televiziyasının da adı hallanırdı. Burada işləyən rəhbər komanda isə əsasən türklərdən ibarət olub. Məhz bu türkiyəli vətəndaşlar Fətullah Gülənə yaxınlığı da tanınırdı.

15 Türkiyədə 15 iyul çevrliş cəhdindən sonra rəhbər işçilər işdən azad edildi. İşdən çıxarılanlar arasında Xəzər TV-nin keçmiş vitse –prezidenti Xəlil İbrahim Seyhan da var. 17 Avqust tarixində Xəlil İbrahim Seyhan Azərbaycandakı işlərini bitirmək və şəxsi əyşlarını götürmək üçün Azərbaycana gəlsə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və deport oldunduğunu öyrənib. Keçmiş vitse-prezident hava limanındaca təkrar geri dönməyə məcbur qalıb.

İnterpress.az-ın mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə göndərdiyi sorğuna fakt rəsmi olaraq təsdiqlənməsə də, qrum əcnəbi vətəndaşların ölkədən deport edilməsi və ölkəyə buraxılmaması hallarını qanunla cavablayıb.

Bildirilib ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir:

16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;
16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;
16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;
16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;
16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;
16.1.8. şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda.
Bu Məcəllənin 16.1.6 – 16.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.
Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına;
575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;
575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;
575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə –

Gülşanə Mustafayeva
İnterpress.az